
Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var.
Xüsusiyyətlərin çoxu xüsusi şəbəkə xüsusiyyətləri tələb edir. Bu xüsusiyyətlər bütün
şəbəkələrdə mövcud deyil; şəbəkə xidmətlərindən istifadə etməkdən öncə digər
şəbəkələr Sizdən xidmət təminatçınızla xüsusi razılıq əldə etməyinizi tələb edə bilər.
Xidmət təminatçınız Sizə təlimatlar verə bilər və onun tərəfindən hansı haqların tətbiq
olunmasını izah edə bilər. Müəyyən şəbəkələrdə Sizin şəbəkə xidmətindən istifadənizə
təsir edə biləcək məhdudiyyətlər mövcud ola bilər. Misal üçün, dildən asılı olmayan
simvollar və xidmətlər müəyyən şəbəkələr tərəfindən təmin edilməyə bilər.
Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda quraşdırılmış müəyyən
funksiyalar istifadə edilməsin və aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin
menyunuzda görünməyəcək. Sizin cihazınız menyu adlarında, menyu ardıcıllığında və
təsvirlərdə dəyişiklər kimi xüsusi konfiqurasiyalara da malik ola bilər. Daha ətraflı
məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.
© 2008 Nokia. Bütün hüquqlar qorunur
7

Bu cihaz TCP/IP protokollarına daxil olan WAP 2.0 protokollarını (HTTP və SSL)
dəstəkləyir. Bu cihazın Multimediya mesajlaşma (MMS), gözdən keçirmə və e-mail
istifadəsi kimi bəzi funksiyaları bu texnologiyalar üçün şəbəkə təminatını tələb edir.