
Birgə istifadə edilən yaddaş
Bu cihazın aşağıda göstərilən elementləri yaddaşı birgə istifadə edə bilər: multimedia
mesajlaşma(MMS), e-mail əlavəsi, sürətli mesajlaşma. Bu elementlərin birinin və ya
daha çoxunun istifadəsi yaddaşda birgə istifadə edən digər elementlər üçün yaddaş
həcmini azalda bilər. Birgə istifadə edilən yaddaş elementi istifadə etməyə cəhd etdikdə
sizin cihazın ekranında yaddaşın dolu olmasına dair yazı göstərilə bilər. Bu halda
davam etmədən əvvəl birgə yaddaş istifadə edən elementlərdə saxlanılan müəyyən
məlumatı və ya komponentləri silin.