
Giriş kodları
Təhlükəsizlik kodu sizin telefonunuzu icazəsiz istifadədən mühafizə etməkdə kömək
edir. Siz kodu yarada və dəyişdirə habelə telefonu kodu tələbetməsi üçün qura
bilərsiniz. Kodu gizli və telefonunuzdan ayrı bir təhlükəsiz yerdə saxlayın. Kodu
yadınızdan çıxartsanız və telefonunuz blokirovkaya düşərsə, telefonunuza xidmət
lazım olacaq və əlavə haqq tətbiq oluna bilər. Ətraflı məlumat üçün Nokia Care dəstək
nöqtəsinə yaxud telefonunuzun dilerinə müraciət edin.
Sizin SİM kartınızla təchiz edilmiş PİN kod kartın icazəsiz istifadəsinin qarşısını
almaqda kömək edir. Bəzi SİM kartlarla təchiz edilmiş PİN2 kod müəyyən xidmətlərdən
istifadə üçün lazımdır. Əgər siz PİN və ya PİN2 kodunu 3 dəfə səhv daxil etsəniz, sizdən
PUK və ya PUK2 kodu tələb olunur. Əgər sizdə bu kodlar yoxdursa, xidmət
təminatçınıza müraciət edin.
SİM kartınızın təhlükəsizlik modulunda yerləşən məlumata giriş əldə etmək üçün modul
PİN tələb olunur. Rəqəmli imza üçün imzalanan PİN tələb oluna bilər. Məhdudlaşdırma
parolu zəng məhdudiyyəti xidmətindən istifadə olunan zaman tələb olunur.
Telefonunuzun giriş kodlarını və təhlükəsizlik parametrlərini necə istifadə etməsini
qurmaq üçün seçin Menyu > Parametrlər > Təhlükə/-sizlik.