
7. Kontaktlar
Menyu > Kontaktlar seçin.
Siz adları və telefon nömrələrini telefon yaddaşında və SİM kart yaddaşında saxlaya
bilərsiniz. Telefon yaddaşı kontaktları nomrələr və mətn parçaları ilə saxlaya bilər. SİM
kart yaddaşında saxlanılan adlar və nömrələr
işarə ilə göstəriliblər.
Kontaktı əlavə etmək üçün Adlar > Seçim > Yeni kont. əl. et seçin. Kontakta təfsilatları
əlavə etmək üçün istifadə olunan yaddaşın Phone və ya Phone and SIM olduqunu
yoxlayın. Adlar seçin, ada doğru diyirləyin və Detallar > Seçim > Detal əlavə et seçin.
Kontaktı axtarmaq üçün Adlar seçin, və kontaktlar siyahısını diyirləyin yaxud adın ilk
hərflərini daxil etməklə adı axtarın.
Telefonun yaddaşı ilə SİM kart yaddaşı arasında əlaqənin surətini çıxarmaq üçün
Adlar düyməsini seçib əlaqəyə keçin və Seçim > Kontaktı kopyala düyməsini seçin.
SİM kart yaddaşı hər bir ad üçün yalnız bir telefon nömrəsini saxlaya bilər.
Əlaqələriniz üçün SİM kart və ya telefon yaddaşını, əlaqələrdə ad və rəqəmlərin necə
nümayiş olunduğununu seçmək və əlaqələr üçün yaddaş tutumunu nəzərdən keçirmək
üçün Parametrlər düyməsini seçin.
Siz digər şəxsin əlaqə məlumatını vCard standartını dəstəkləyən cihazdan biznes kartı
şəklində göndərə və ya qəbul edə bilərsiniz. Vizitkanı göndərmək üçün Adlar seçin,
məlumatı göndərmək istədiyiniz kontaktı axtarın və Detallar > Seçim > Vizit kart
göndər seçin.
Kontaktlar
© 2008 Nokia. Bütün hüquqlar qorunur
17